Interposta.Info

Kolumbiyada ağır yol qəzası baş verib:

Dünya
 20-11-2017, 09:29     4 460

Kolumbiyada baş vermiş ağır yol qəzasında azı 14 nəfər ölüb, daha 35 nəfər xəsarət alıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "France Presse" məlumat yayıb.

Yerli hakimiyyət orqanlarına istinadən yayılan xəbərə görə, hadisə Antiokiya departamentində, Sabanalarqa şəhəri yaxınlığında qeydə alınıb. Belə ki, sərnişin avtobusu dərəyə yuvarlanıb.

Qeyd olunur ki, avtobusun sürücüsü önündəki motosikleti ötməyə çalışarkən nəqliyyat vasitəsinə idarəetməni itirib.

Şəhərin meri Sezar Kuadros bildirib ki, avtobusdakı sərnişinlərin dəqiq sayı hələlik məlum deyil.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26