Interposta.Info

Bakıda 8 nəfər dönərdən zəhərlənib, bəzilərinin vəziyyəti ağırdır (YENİLƏNİB)

Ölkə
 13-12-2021, 12:00     391

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Bakıda dönərdən kütləvi zəhərlənmə ilə bağlı məsələyə münasibət bildirib.

AQTA-dan "İnterPosta"ya bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb.

Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.

10.20

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu "Report"a açıqlamasında bildirib ki, hadisə ötən gün "28 Mall” ticarət mərkəzinin yaxınlığında dönərxanalardan birində baş verib.

Onun sözlərinə görə, orada gün ərzində dönər alan 8 nəfər zəhərlənmə diaqnozu ilə mərkəzə müraciət edib: "Zəhərlənənlərdən biri qadın, 7-si kişi, digər biri isə yeniyetmə olub. Hazırda onlardan bəziləri orta-ağır, digərləri isə ağır vəziyyətdə müalicələri davam etdirilir. Bir nəfər isə artıq evə buraxılıb”.

10:03

Bakıda dönərdən kütləvi zəhərlənmə baş verib.

"İnterPosta" xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsinin müdiri Elnur Hidayətoğlu məlumat verib.

O qeyd edib ki, zəhərlənənlərin hamısı Tibbi Mərkəzə gətirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26