Interposta.Info

Azərbaycan yanğınsöndürənləri Türkiyədə yanğınların qarşısı belə aldı (FOTO/VİDEO)

Ölkə
 12-08-2021, 19:39     385

Ötən sutka ərzində FHN-in qüvvələri Türkiyənin Köyceğiz bölgəsinin Otmanlar rayonunda, Məntəşə bölgəsinin Yılanlı və Burdur bölgəsinin Bucak rayonunda soyutma tədbirləri həyata keçirilib.

FHN-dən "İnterPosta"-ya verilən məlumata görə, tüstülənmə qeyd olunan yerlərdə yanğının baş verməsinin qarşısı alınıb.

Eyni zamanda, FHN-in qüvvələri tərəfindən Milas bölgəsindəki Yeniköy və Kemerköy istilik elektrik stansiyalarının sutkalıq fasiləsiz mühafizəsi də davam etdirilib.

Bundan başqa, soyutma tədbirlərinə cəlb edilən FHN-ə məxsus "BE-200ÇS” tipli amfibiya təyyarəsi ötən sutka ərzində Burdur istiqamətində yeddi dəfə uçuş həyata keçirməklə 63 ton, helikopter isə Köyceğiz istiqamətində 28 dəfə uçuş həyata keçirməklə 70 ton su töküb.


İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26