Interposta.Info

FHN torpaq uçqunu altında qalmış şəxslərin xilas edilmə görüntülərini yaydı (VİDEO)

Ölkə
 9-06-2021, 17:57     364

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 41 yanğına çıxış və 6 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 3-ü azyaşlı olmaqla 6 nəfər, o cümlədən Şəmkir rayonunun Sərxan kəndində torpaq uçqunu altında qalmış Məmmədov Rövşən Məzahir oğlu xilas edilib, Cəlilabad rayonunda İncəçay su anbarına düşərək batmış 3 nəfərin meyiti isə dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26