Interposta.Info

Cəlilabad rayonunda 3 nəfər su anbarında boğulub.

Ölkə
 8-06-2021, 22:42     446

APA-nın cənub bürosunun verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Gülməmmədli kəndində baş verib.

Rayonun İnili kənd sakinləri olan 2015-ci il təvəllüdlü Həmzə Yaqubov və onun atası Nizami Yaqubov, həmçinin qardaşlar - 2004-cü il təvəllüdlü Həsən Rizvan oğlu Yaqubov və 2005-ci il təvəllüdlü Hüseyn Rizvan oğlu Yaqubov İncəçay su anbarına düşüblər. Onlardan yalnız Nizami Yaqubovun həyatını xilas etmək mümkün olub. Uşaqların meyiti sudan çıxarılıb.

İlkin məlumata görə, həmin şəxslər su anbarının yanında şəkil çəkdirərkən suya yıxılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Fövqəladə Hallar Nazirliyi (FHN) Cəlilabad rayonunda azyaşlıların su anbarında boğulması ilə bağlı məlumat yayıb.

FHN-in mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva APA-ya bildirib ki, bu gün axşam saatlarında nazirliyin 112 Qaynar xətt nömrəsinə Cəlilabad rayonu, Gülməmmədli kəndində 3 nəfərin suda batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Cənub Dalğıc Axtarış Qrupu tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində bir azyaşlı və iki yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

İnterPosta.info


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26