Interposta.Info

Ağdamda 6 nəfər minaya düşüb, onlardan biri ölüb - SİYAHI

Gündəm
 16-03-2021, 19:26     600

Ağdam rayonunda 6 nəfər minaya düşüb.

"Report"un xəbərinə görə, hadisə rayonun Yusifcanlı kəndində qeydə alınıb.

Belə ki, məcburi köçkün kimi Əfətli kəndində məskunlaşmış 1957-ci il təvəllüdlü Hüseynov Akif Muxtar oğlu, onun üç oğlu - 1982-ci il təvəllüdlü Hüseynov Anar, 1987-ci il təvəllüdlü Hüseynov Bayram və 1979-cu il təvəllüdlü Hüseynov Razi, həmçinin onun nəvəsi 2014-cü il təvəllüdlü Hüseynov Hüseyn Razi oğlu, Laçın rayonundan məcburi köçkün kimi Əfətli kəndində məskunlaşan 1985-ci il təvəllüdlü Abdullayev Bəhruz Nadir oğlu minaya düşüb.

Nəticədə Razi Hüseynov ölüb, 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri - Bəhruz Abdullayev Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, digərlərinin evakuasiyası həyata keçirilir.

Hadisə nəticəsində 7 yaşlı uşaq Hüseyn Hüseynov heç bir xəsarət almayıb.

Araz Supermarket Nov

Faktla bağlı araşdırma aparılır.

***18:20

Ağdam rayonunda 5 nəfər mülki şəxs piyada əleyhinə minaya düşüb.

"İnterPosta" Trend-ə istinadən məlumat verir ki, hadisə rayonun işğaldan azad edilən ərazisində qeydə alınıb. Hadisə zamanı bir nəfərin ölüb, dörd nəfər isə xəsarət alb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Ölən və yaralı şəxslərin şəxsiyyəti hələlik müəyyənləşməyib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26