Ağdam sakini minaya düşərək həlak oldu
Ağdam sakini minaya düşərək həlak oldu
Ağdamda 41 yaşlı kişi minaya düşərək ölüb.
Bu barədə "İnterPosta"ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə bu gün saat 17 radələrində rayonun Təzəkənd kəndində qeydə alınıb
Kənd sakini, 1981-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlu mal-qara otararkən minaya düşüb. Nəticədə o, hadisə yerində həlak olub.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26