Interposta.Info

Daha bir dinc sakin minaya düşdü
 

Ölkə / Manşet
 20-11-2021, 15:33     894

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə "İnterPosta"ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Daha sonra Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar. Şahin Qarayevin xəsarət aldığı məlum olub. Hazırda yaralı xəstəxanaya aparılır", - Mətbuat Xidmətindən bildirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ş. Qarayev Tapqaraqoyunlu kəndinin yaxınlığında minaya düşüb. Həmin ərazi əvvəllər minalanmış ərazi olmayıb. Həmin minanı başqa ərazidən sel suları gətirib.

Qeyd olunub ki, xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya olunacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26