Interposta.Info

Cəbrayılda 41 yaşlı şəxs minaya düşdü, ayağı amputasiya olundu

Ölkə / Manşet
 29-11-2021, 16:50     615

Cəbrayılda 41 yaşlı şəxs minaya düşüb.

Bu barədə "İnterPosta"ya rayon prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 29 noyabr 2021-ci il tarixdə Cəbrayıl rayonunun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində 1980-ci il təvəllüdlü Natiq Mamedovun təmir-tikinti işləri apararkən minaya düşərək xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, Natiq Mamedovun qeyd edilən ərazidə minaya düşməsi nəticəsində sağ ayağı travmatik amputasiya olunub.

Faktla bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26