Interposta.Info

"Azərişığ"ın əməkdaşı Laçında minaya düşdü

Ölkə
 22-11-2021, 22:21     7 600

"Azərişığ"ın əməkdaşı minaya düşərək xəsarət alıb.

"İnterPosta" xəbər verir ki, hadisə Laçın rayonunun Güləbird kəndi ərazisində qeydə alınıb.

Belə ki, Biləsuvar rayon sakini, 1988-ci il təvəllüdlü Əbilov Mahir Ramiz oğlu xidməti vəzifəsini yerinə yetirən zaman minaya düşüb.

Yaralının sağ ayağı amputasiya olunub.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26