Interposta.Info

Goranboy Rayon Polis Şöbəsində ölüm hadisəsi...

Gündəm
 27-03-2017, 17:57     897

Daxili İşlər Nazirliyi Goranboy rayon Polis Şöbəsində baş verən ölüm hadisəsinə münasibət bildirib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az-a bildirilib ki, Goranboy rayonunun Şəfibəyli kənd sakini Qafur Talıbovun şikayət ərizəsi əsasında Goranboy şəhər sakini Rəşad Qarayev izahat verərkən səhhəti qəfil pisləşib və göstərilən tibbi yardıma baxmayaraq, dünyasını dəyişib.

Hazırda faktla bağlı Goranboy Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

12:33

Goranboy Rayon Polis Şöbəsində ölüm faktı qeydə alınıb.

interposta.info xəbər verir ki, APA-nın məlumatına görə, rayon sakini, 1977-ci il təvəllüdlü Rəşad Qarayev şöbədə izahat verən zaman anidən özünü pis hiss edərək yıxılıb.

Ona təcili tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

İlkin ehtimala görə, R.Qarayev ürək tutmasından dünyasını dəyişib.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26