Interposta.Info

Goranboy

Ölkə
 9-01-2017, 22:38     802

 Goranboy

Goranboy rayonunda döyülmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini Elşad Dadaşov bu gün səhər saatlarında qohumları tərəfindən kəndin yaxınlığında huşunu itirmiş vəziyyətdə tapılıb.

Döyülərək müxtəlif bədən xəsarətləri aldığı bildirilən 34 yaşlı Elşad Dadaşov dərhal Goranboy Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Qohumları bildirib ki, E. Dadaşov münaqişə zəminində 6 nəfər kənd sakini tərəfindən döyülüb.

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26