Interposta.Info

Türkiyəyə göndərilən amfibiya təyyarəsinin özəllikləri (FOTO)

Ölkə
 6-08-2021, 15:03     254

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidentinin tapşırığına əsasən, FHN-ə məxsus "BE-200ÇS" tipli amfibiya təyyarəsi Türkiyəyə yola salınıb. Hazırda amfibiya təyyarəsi Türkiyədə meşə yanğınlarının söndürülməsi işlərini uğurla davam etdirir.

Yanğının miqyasından asılı olaraq təyyarənin istiqamətləri dəyişə bilər. Onun vasitəsilə 50 metr hündürlükdən yanğın ərazisinə su atılır.

"BE-200ÇS" tipli amfibiya təyyarəsi Rusiya istehsalıdır və ondan ölkəmizdə cəmi 1 ədəddir. Bu təyyarədən Azərbaycanda və digər ölkələrdə baş verən yanğınlarda istifadə olunub.

"BE-200ÇS" 1998-ci ildən etibarən istismara qəbul olunub. Uzunluğu 32 metr olan təyyarə 8 su çəninə malikdir. 7000 min metr hündürlüyə qalxa bilir. Maksimum sürəti saatda 700 kilomterdir.

Təyyarə 10-12 saniyədə 12 ton su götürür. Heyəti 2 pilotdan ibarətdir. Hazırda Rusiyada bu təyyarədən 16, İndoneziyada 4, Çində 4, ABŞ-da 10 və Çilidə 2 ədəd var.

Amfibiya təyyarəsinin qiyməti xüsusiyyətlərinə görə 45-70 milyon ABŞ dolları arasında dəyişir. /modern.az








İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26