Interposta.Info

Rusiyanın amfibiya təyyarəsi Türkiyədə qəzaya uğradı: 8 nəfər öldü (YENİLƏNİB)

Dünya
 14-08-2021, 18:18     514


Türkiyənin Kahramanmaraş vilayətində baş verən meşə yanğınına müdaxilə edən Rusiyanın "Be-200" təyyarəsinin bütün ekipaj üzvləri həlak olub.

Bu barədə Rusiya Müdafiə Nazirliyinin açıqlamasında deyilir.

Qeyd olunur ki, Türkiyənin Rusiyada icarəyə götürdüyü "Be-200" təyyarəsi Adana şəhəri yaxınlığında enərkən qəzaya uğrayıb. Gəmidə səkkiz nəfər ekipaj üzvü olub: beş Rusiya hərbiçisi və yanğınların söndürmə mərkəzlərini göstərən üç Türkiyə nümayəndəsi.

Qeyd edək ki, təyyarə Muğla vilayətində yanğınların söndürülməsinə cəlb olunmuşdu. Yanğının söndürülməsinə başlandıqdan sonra təyyarə ilə əlaqə kəsilib, layner su götürdükdən sonra istənilən hündürlüyü yığa bilməyib və qayalara çırpılıb.

Hadisənin səbəblərini öyrənmək üçün Müdafiə Nazirliyinin komissiyası, habelə Rusiya səfirliyinin əməkdaşları qəza yerinə yollanıb.

17.23

Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus "BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb.

Rusiyanın Ankaradakı səfirliyi "RİA Novosti"yə faktı təsdiqləyib.

Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub.

Rusiya Müdafiə Nazirliyinin hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün əraziyə komissiya göndəriləcəyi qeyd olunub.

17.05

Türkiyənin Kahramanmaraş şəhərində amfibiya təyyarə qəzaya uğrayıb.

Qaynarinfo "Haber Global”a istinadən xəbər verir ki, hadisə şəhərin Onikişubat rayonunda qeydə alınıb.

Təyyarənin göyərtəsində 8 nəfərin olduğu deyilir. Hazırda axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Qəzanın dəqiq səbəbləri məlum deyil.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26