Interposta.Info

“Dərs vaxtı”nda cədvələ uyğun mövzular təqdim oludu

Ölkə
 18-01-2021, 21:30     308

"Mədəniyyət”, "ARB Günəş” telekanallarında yayımlanan "Dərs vaxtı” proqramı yanvarın 18-nə nəzərdə tutulan cədvələ uyğun təqdim olunub

Təhsil Nazirliyindən Modern.az-a bildirilib ki, proqramda Azərbaycan və rus bölmələri üzrə dərslər izlənilib. Nazirlik dərs cədvəlinə diqqət etməyi, mövzuları "Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün əlavə və unikal imkan yaradır.

Qeyd edək ki, "Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş mövzuları Təhsil Nazirliyinin rəsmi "YouTube” kanalı ilə yanaşı, "Dərs vaxtı”nın "Facebook” səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26