Interposta.Info

Azərbaycan məktəblərində dərs olmayacaq -

Müxtəlif
 25-04-2017, 13:35     1 540

Mayın 1-dən Azərbaycanda ibtidai siniflər üçün əlavə yaz tətili başlayır.
İstipress-in Təhsil Nazirliyindən aldığı məlumata görə, 1-5 may tarixlərini əhatə edəcək əlavə yaz tətili ibtidai siniflərə (I-IV sinif şagirdlərinə) şamil olunacaq. Əlavə yaz tətili 5 gün davam edəcək.

Tədris ilində ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb, iyunun 14-də yekunlaşacaq. Dərs ili iki yarımilə bölünür. Birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil 1 fevral - 14 iyun tarixlərini əhatə edir. Dərs ili ərzində payız tətili 5 gün (16-20 noyabr), qış tətili 5 gün (27-31 yanvar), ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyənləşib

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26