Interposta.Info

Nazirdən əmr: Yeni dərs ilinin tədris planı təsdiqləndi

Ölkə
 27-07-2018, 19:33     10 469

Təhsil naziri Ceyhun Bayramov "Ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqi haqqında” əmr imzalayıb.

Qaynaruinfo-nun məlumatına görə, nazirin əmrinə müvafiq olaraq, 2018-2019-cu dərs ilində də ümumtəhsil məktəbinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatacaq.

Dərs ili iki yarımilə bölünəcək:

birinci yarımil - 15 sentyabr - 26 yanvar;

ikinci yarımil - 1 fevral - 14 iyun.

Dərs ili ərzində aşağıdakı tətillər müəyyən edilib:

5 gün payız tətili (16-20 noyabr);

5 gün qış tətili (27-31 yanvar);

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may).

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26