Interposta.Info

Azərbaycan məktəblərində 5 gün dərs olmayacaq

Ölkə
 11-11-2019, 19:52     10 440

Azərbaycanda fəaliyyət göstərən məktəblərdə payız tətili yaxınlaşır.

"İnterPosta.info"nun məlumatına görə, ümumi təhsil müəssisələrində 2019-2020-ci tədris ili üzrə payız tətili noyabrın 16-da başlayacaq. "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, 16-20 noyabrda ümumtəhsil məktəblərində beş günlük payız tətili olacaq.

Məktəblərdə tədris ilinin beş günlük növbəti - qış tətilinin müddəti isə 27-31 yanvarda nəzərdə tutulub.

Qeyd edək ki, 1-5 mayda ibtidai siniflər üçün beş günlük əlavə yaz tətili müəyyən edilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26