Interposta.Info

Payız tətili olmayacaq, distant dərslər davam edəcək (RƏSMİ)

Paradoks
 12-11-2020, 13:15     962

Təhsil Nazirliyi 16-20 noyabr tarixlərində payız tətilinin olub-olmayacağına aydınlıq gətirib.

"İnterPosta"nın məlumatına görə, nazirlikdən APA-nın sorğusuna verilən cavaba görə, payız tətili olmayacaq, distant dərslər davam edəcək: "Digər tətillərin tarixləri ilə bağlı müvafiq qərar öncədən ictimaiyyətə açıqlanacaq”.

Qeyd edək ki, Təhsil naziri Emin Əmrullayev son mətbuat konfransında buraxılmış dərslərin tətil günləri hesabına kompensasiya ediləcəyini demişdi.

Ümumi təhsil müəssisələrinin dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Tədris iki yarımilə bölünür. Birinci yarımil: 15 sentyabr-26 yanvar; ikinci yarımil: 1 fevral-14 iyun.

Tədris ili ərzində müəyyən edilən tətillər isə belədir: payız tətili – 16-20 noyabr (5 gün); qış tətili – 27-31 yanvar (5 gün); məktəbəhazırlıq qrupları və ibtidai siniflər üçün əlavə tətil – 1-5 may (5 gün).

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26