Interposta.Info

Samuxda dərs vaxtı məktəb yandı: 10 şagirdə yardım göstərildi

Ölkə
 1-03-2019, 13:50     10 385

Samux rayon Tatlı kəndində ümümi sahəsi 404 kv/m olan 1 mərtəbəli 8 otaqdan ibarət orta məktəbdə qızdırıcı sobanın həddindən artıq qızdırılması səbəbindən boru ətrafı yerlərdə yanğın baş verib.

"Report"un məlumatına görə, daha sonra borular partlayıb və tüstülənmə olub.

Hadisə yerinə 2 yanğınsöndürən maşın cəlb olunub. Hadisə dərs vaxtı olduğundan 10-a yaxın şagird tüstünün təsirinə məruz qalıb və özlərini pis hiss ediblər. Onlara ambulator qaydada yardım göstərilib.

***12.00

Samux rayonunda orta məktəbdə yanğın olub.

"Report"un məlumatına görə, hadisə rayonun Tatlı kənd orta məktəbində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürən və təcili tibbi yardım briqadası cəlb olunub. İlkin məlumata görə, 10 nəfərə yaxın şəxsə tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26