Interposta.Info

Şəmkirdə sürüşmə - Torpaq altında qalanlar var (YENİLƏNİB)

Gündəm
 8-06-2021, 20:07     555

Şəmkirdə bədbəxt hadisə baş verib.

APA xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Kənd sakini həyətyanı sahəsində quyuda iş görən zaman torpaq çökməsi baş verib.

Nəticədə quyuda işləyən iki nəfər xəsarət alıb.Onlardan birinin xəsarəti ağır olduğundan xəstəxanaya yerləşdirilib.

Digər şəxsin xəsarəti yüngül olub, ona yerində yardım edilib.

Hadisə yerinə təcilli tibbi yardım briqadası cəlb olunub.

19:03

Şəmkir rayonunda torpaq sürüşməsi baş verib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, bir neçə nəfər torpaq altında qalıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26