Interposta.Info

Şəmkirdə qaçırılan qızın qardaşına xəsarət yetiriblər

Ölkə
 2-11-2019, 13:41     10 458

Şəmkir rayonunda 18 yaşlı oğlan bacısını qaçıranlara mane olmaq istəyən zaman xəsarət alıb.

Hadisə Çinarlı qəsəbəsində qeydə alınıb.

Belə ki, 21 yaşlı qızı evlənmək məqsədi ilə avtomobilə mindirilərək qaçıran zaman qızın 18 yaşlı qardaşı buna mane olmaq istəyib. Bu zaman qızı qaçıranlardan biri onu maşından uzaqlaşdırmaq məqsədi ilə itələyib. Yerə yıxılan gənc başından ağır xəsarət alıb. O, hadisə yerinə çağırılan təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Kəllə-beyin travması alan oğlanın vəziyyəti kafi qiymətləndirilir./report

Faktla bağlı araşdırma aparılır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26