Interposta.Info

Qubada məktəbdə yanğın: İcra başçısı hadisə yerinə gəldi (FOTOLAR)

Ölkə
 10-12-2018, 21:46     499

Qubanın Amsarqışlaq kənd orta məktəbində yanğın baş verib.

Yanğın saat 16:50-də başlayıb.

Hadisə nəticəsində məktəbdə olan şagird və müəllim heyətindən heç kim xəsarət almayıb.

Əraziyə FHN-nin Quba Rayon Dövlət Yanğından Mühafizə Xidmətinin 3 avtomobili və təcili tibbi yardım maşınları cəlb edilib.

Hadisə yerinə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Quba rayon Polis Şöbəsinin rəisi Süleyman Nemətov və Post Patrul Xidmətinin əməkdaşları gəlib.
Kənd camaatı da yanğını söndürməyə cəlb edilib.
Hazırda yanğın söndürülmək üzrədir./qafqazinfo

Yanğın artıq söndürülüb.

İnterPosta.info

Qubada məktəbdə yanğın: İcra başçısı hadisə yerinə gəldi (FOTOLAR)
Qubada məktəbdə yanğın: İcra başçısı hadisə yerinə gəldi (FOTOLAR)
Qubada məktəbdə yanğın: İcra başçısı hadisə yerinə gəldi (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26