Interposta.Info

Qubada ticarət mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO)

Ölkə
 10-01-2019, 12:59     10 639

Quba rayonunda "Birja" ticarət mərkəzində baş verən yanğın söndürülüb.

İnterPosta.info
Report-a istinadən xəbər verir ki, hadisə yerinə 6 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

İlkin məlumatlara görə, yanğın zamanı xəsarət alan olmayıb. Yanğın nəticəsində sahibkarlara dəymiş ziyan araşdırılır.

***10.43
Quba rayonunda "Birja" ticarət mərkəzində yanğın başlayıb.

İnterPosta.info Report-a istinadən xəbər verir ki, rayon mərkəzində yerləşən ticarət mərkəzində hələlik məlum olmayan səbəblərdən yanğın olub.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 4-dən artıq mağaza yanıb.

Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin rəisi və rayon prokurorluğunun əməkdaşları gəlib.

Yanğının başvermə səbəbləri araşdırılır.

İnterPosta.info


Qubada ticarət mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO)
Qubada ticarət mərkəzindəki yanğın söndürüldü (FOTO/VİDEO)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26