Interposta.Info

“Sədərək” ticarət mərkəzində yanğın başlayıb

Ölkə
 26-02-2019, 10:14     11 195

“Sədərək” ticarət mərkəzində yanğın başlayıb.

Bakı şəhərinin Qaradağ rayonunda, “Sədərək” ticarət mərkəzinin ərazisində yanğın baş verib.

İnterPosta.info xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

İlkin məlumata görə, ərazidəki anbarlardan birinin dam örtüyü yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26