Interposta.Info

Bakıda ticarət mərkəzi yanır (VİDEO)

Ölkə
 10-12-2019, 09:31     529

Bakıda ticarət mərkəzində yanğın başlayıb.

Bu barədə "İnterPosta.info"ya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi rayonunda "EuroHome” tikinti materialları bazarı ərazisində yanğın olması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Hazırda yanğının qarşısının alınmasını istiqamətində tədbirlər görülür.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26