Interposta.Info

Yəhudilər Rəsulzadənin sözləri ilə Ərdoğana dəstək verdi - Video

Ölkə
 16-10-2019, 10:34     10 459

ABŞ-ın sionizm əleyhdarı ortodoks yəhudiləri Türkiyənin “Sülh çeşməsi” əməliyyatına dəstək veriblər.

Ortodoks yəhudilərindən Şaul Ben Kiş Tvitter hesabında BMT binası qarşısında türk bayrağının dalğalandırıldığı aksiya keçirdiklərini yazıb.

“Biz Tövrat yəhudiləri bütün dünyaya baxmayaraq, Prezident Ərdoğanın Suriyada başlatdığı əməliyyatla bağlı türk insanının və hökumətinin yanında dayanırıq. Bir kərə yüksələn bayraq bir daha enməz! Türkiyə gələcəkdə süpergüc olmaq istiqamətində gedir”, - Kiş yazıb.

Kiş digər bir paylaşımında türk əsgərinə salam göndərib.

“Biz NATO və digərlərinə qarşı Türkiyənin yanındayıq. Əlimizdə türk bayrağını dalğalandırmaq qürurdur. Prezident Ərdoğan dik dur, biz səninləyik. Biz Türkiyəni sevirik”./axar.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26