Interposta.Info

Ortodoks yəhudilər Ərdoğana dəstək istədi: İsrail dağılsın!

Dünya
 16-05-2018, 10:27     10 413

ABŞ və İngiltərə İsrailə yardım etməyin yəhudi xalqının lehinə olmadığını anlamalıdır.

"XeberBiz" Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Londonda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən “Neturey Karto” ortodoks yəhudi camaatının nümayəndəsi Hamam Bek jurnalistlər qarşısında çıxışı zamanı deyib.

“Bu gün dünyada yəhudi xalqı üçün ən təhlükəli ölkə İsraildir. Sionistlərə kömək etmək yəhudi xalqının mənafeyinə uyğun deyil. Yəhudilərə kömək etmək istəyirsinizsə, o zaman Türkiyə prezidentinin etdiyini təkrarlayın və səfirliyinizi oradan geri çağırın. Ortaya çıxın və açıq şəkildə İsrail dövlətinə qarşı olduğunuzu söyləyin. İşğalçılara qarşıyıq. Bölgəyə sülh gətirmək istəyirik. Yəhudilər olaraq bizlər İsrail dövlətinin sülh yolu ilə tamamilə dağıdılması üçün dua edirik. İki dövlət də istəmirik. Tək dövləti, dənizdən çaya qədər Fələstin xalqının geri dönməsini istəyirik. Orada yəhudilər və müsəlmanlar birlikdə sülh içində yaşaya bilərlər”.

Qeyd edək ki, “Neturey Karto” arami dilində şəhərin gözətçiləri mənasını verən bir tamlama olub, sionizm əleyhdarı bir ortodoks yəhudi camaatıdır. Məsih gəlmədən qurulmuş olan İsrail dövlətinin etibarlı bir dövlət ola bilməyəcəyini iddia edirlər.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26