Interposta.Info

Yüz min yəhudi ABŞ-ı silkələdi: yollar bağlandı - Fotolar

Dünya
 3-04-2019, 16:17     10 363

ABŞ-ın Nyu York şəhərində on minlərlə (təxminən 100 min nəfər) insan musəvilərin liderlərindən biri, 95 yaşında dünyasını dəyişən Haham İsrail (Yisroel) Avrohom Portuqalın qeyri-adi cənazə mərasiminə qatılıb.

İzdihamlı cənazə mərasimi ilə əlaqədar bölgədə yollar bağlanıb, geniş təhlükəsizlik tədbirləri görülüb.

Nasist Almaniyasında soyqırım qurbanı olmaqdan xilas olan və internet kimi texnologiyaları rədd edən dini lider Portuqalın cənazə mərasimi zamanı bölgədəki mağazalar belə mərhuma hörmət əlaməti olaraq bir müddət bağlanıb.

Borou parkında toplanan kütləyə tez-tez mobil telefona toxunacaqları halda tabuta əl vurmamaları və telefon istifadə etməmələri barədə xəbərdarlıq edilib.

Bəzi insanlar qadağalara məhəl qoymayaraq, bu anları mobil telefonlarının kameraları vasitəsilə çəkib.

Qeyd edək ki, ortodoks yəhudilərinin hasidizm məzhəbi camaatının liderlərindən sayılan Portuqal 1924-cü ildə Rumıniyada anadan olub. ABŞ, İsrail, Rusiya və Rumınıyadakı musəvilər arasında nüfuzlu şəxs sayılan Eliezer Zusia Portuqalın oğludur. 1960-cı ildə ABŞ-a köçən dini lider 2013-cü ildə ortodoks yəhudiləri ilə birlikdə internet əleyhinə kampaniya başladıb./kult.az

İnterPosta.info

Yüz min yəhudi ABŞ-ı silkələdi: yollar bağlandı - Fotolar
Yüz min yəhudi ABŞ-ı silkələdi: yollar bağlandı - Fotolar
Yüz min yəhudi ABŞ-ı silkələdi: yollar bağlandı - Fotolar

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26