Interposta.Info

Xocalı soyqırımının ildönümü ilə əlaqədar Bakıda bəzi yollar bağlanıb

Müxtəlif
 26-02-2018, 09:40     9 440

Xocalı soyqırımının 26-cı ildönümü ilə bağlı Xətai rayonu ərazisindəki “Ana fəryadı” abidəsi qarşısında keçirilən anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

APA-nın xbərinə görə, Bakı şəhər BPİ Dövlət Yol Polis İdarəsi əhaliyə, avtomobil sahiblərinə və sürücülərə, keçirilən anım mərasiminin dünya və ölkə əhəmiyyətli olduğunu nəzərə alıb həmin istiqamətdə şəxsi avtomobillərdən istifadə etməməyi tövsiyə edir. Anım mərasimdə iştirak etmək istəyənlər ictimai nəqliyyat vasitələri ilə hərəkətə üstünlük vermələri xahiş olunur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26