Interposta.Info

Sabah Bakının bəzi yollarında avtomobillərin hərəkəti məhdudlaşdırılacaq

Ölkə
 25-02-2021, 19:33     536

Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Bakının bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bu barədə APA-ya Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı Xətai rayonundakı "Ana harayı” abidəsi önündə keçiriləcək anım tədbirində iştirak edəcək vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Bundan əlavə paralel olaraq Xocalı prospekti ilə kəsişən prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Vaqif Əsədov əlavə edib ki, sahah "Ana harayı” abidəsi istiqamətinə doğru Yusif Səfərov, Nəcəfqulu Rəfiyev, Nobel prospekti və 10-cu Zavod dairəsindən, eləcə də Xocalı prospekti ilə kəsişən bütün küçələrdə hərəkət edən avtomobillərin istiqaməti dəyişdiriləcək.

Sözügedən istiqamətlərdə nəqliyyatın hərəkətinin məhdudlaşdırılması sabah səhər saat 08:00-dan ziyarət başa çatanadək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26