Interposta.Info

Ərdoğanın sərt tənqidinə Netanyahudan maraqlı cavab

Dünya
 24-07-2018, 17:21     10 540

Ərdoğanın yəhudi milli dövləti qanunu haqqında sərt tənqidləri bu qanuna edilmiş ən böyük iltifatdır.

Axar.az xəbər verir ki, bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu deyib. Türkiyənin diktatorluğa çevrildiyini bildirən Netanyahu qeyd edib ki, İsrail vətəndaşlarının bərabər haqlarını qanundan öncə qoruyur.

Qeyd edək ki, Ərdoğan bundan öncə İsrailin yəhudi milli dövləti qanununu sərt tənqid etmiş, İsraili faşist və irqçi dövlət adlandırmışdı. O, həmçinin İsraili idarə edənlərin “Hitler ruhlu” olduğunu bildirmişdi.

Yəhudi milli dövləti qanununa əsasən, İsrail rəsmi olaraq yəhudi millətinin dövləti kimi tanınır. Hökumətin təşəbbüsüylə qəbul edilən qanun İsraildə yaşayan ərəblərin kəskin etirazına səbəb olub.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26