Interposta.Info

Netanyahu:

Dünya
 20-04-2017, 07:26     665

Qəzzada müharibəyə məcbur qaldıq.
Bu sözləri İsrail Baş naziri Benyamin Netanyahu 2014-cü ildəki hücumlarla bağlı jurnalistlərə açıqlama verərkən deyib.

“Problem bizim əsgərlərimizdən və onların mülki vətəndaşlarından asılı deyil. Məsələ Qəzzanı kimin idarə edəcəyidir. Bu, hələ həll edilməmiş məsələdir. Mosulda da problem eynidir. Ərəb toplumunun sabitliyə qovuşması lazımdır. Lakin bölgənin idarəçiliyini heç kim üzərinə götürmək istəmir”, - yəhudi lider əlavə edib.

Qeyd edək ki, 2014-cü ilin iyulunda İsrail Silahlı Qüvvələri Qəzzaya doğru hücuma keçmişdi.

26 avqusta qədər davam edən savaşda hər iki tərəf ümumilikdə 2 mindən çox itki vermişdi./axar.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26