Interposta.Info

İsrail sərhədləri açacağı tarixi elan etdi

Dünya
 17-06-2020, 22:15     438

İsrail xarici vətəndaşlar üçün sərhədləri avqustun 1-dən aça bilər.

Bunu ölkənin baş naziri Benyamin Netanyahu deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması koronavirus epidemiyasına indiki kimi nəzarətin davam etməsindən asılı olacaq.

Baş nazir əlavə edib ki, ilk növbədə İsrail-Yunanıstan və İsrail-Kipr istiqamətində uçuşların və turizmin bərpası nəzərdə tutulur.
Qeyd edək ki, bu günədək İsraildə 19 mindən çox şəxs koronavirusa yoluxub, 303 nəfər ölüb./musavat.com

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26