Interposta.Info

Ərdoğandan İsrail haqda sərt bəyanat: “Terror siyasəti aparırlar”

Siyasət
 2-04-2018, 08:13     10 427

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsraili terror siyasəti aparmaqda ittiham edib.

BakuPost Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, İsrailin baş naziri Benyamin Netanyahunu tənqid edib. Buna səbəb isə baş nazirin Türkiyə ordusunun guya dinc əhaliyə qarşı cinayət törətməsi ilə bağlı sözləri olub: "Netanyahu çox qəribə və cəfəng bəyanatlar verir. Türkiyənin terrorçuluqla qətiyyətlə mübarizə apardığı bir vaxtda, İsrail cinayətkarlıqla mübarizə deyil, terror siyasəti aparır".

Ərdoğan öz növbəsində yəhudilərin etdiklərini qeyri-insani hücum adlandırıb.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26