Interposta.Info

Azərbaycanlı yanğınsöndürənlərin bayraq sevgisi Türkiyə mediasında (FOTO)

Ölkə
 3-08-2021, 00:26     169

Muğlanın Marmaris ilçəsindəki Hisarönü məhəlləsində çalışan azərbaycanlı yanğınsöndürənlərin Türkiyə dövlət bayrağına qarşı göstərdikləri hörmət ölkə mediasında böyük təqdirlə qarşılanıb.

"TRT Haber” bildirir ki, FHN əməkdaşlarının təxliyə olunmuş bölgədəki boş evlərin həyətlərində asılmış bayraqları toplayaraq yanğından mühafizə etmələri diqqətdən yayınmayıb.

"Anadolu” agentliyi isə yanğınsöndürənlərimizin bəzilərindən müsahibə alıb.

FHN əməkdaşı Kamil Dünyamaliyev bildirib ki, bayraq bizim üçün çox önəmlidir.

"Türkiyə bizim qardaşımızdır. Azərbaycan və Türkiyə hər zaman qardaş olacaq. Son günümüzə qədər Türkiyənin yanındayıq. Marmarisə meşə yanğınlarını söndürmək üçün gəldik. Evə girdim, heç kim yox idi. Evin önündə asılmış türk bayrağını gördüm və onu götürdüm. Bayraq bizim üçün çox önəmlidir”, - deyə Kamil qeyd edib.

Yanğınsöndürən Nail Qailov isə Türkiyəni çox sevdiklərini və onu yalnız buraxmayacaqlarını vurğulayıb.

"Bayraq bizim hər şeyimizdir. Onu yanmağa qoymarıq. Türk xalqını çox sevirik və hər zaman yanında olacağıq”, - deyə əlavə edib./Oxu.az



İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26