Interposta.Info

Güclü külək axşam saatlarınadək davam edəcək - FAKTİKİ HAVA

Ölkə
 11-08-2019, 12:04     10 336

Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.

Nazirliyin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta.info"-ya verilən məlumata görə, əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11- də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Şimal -qərb küləyi arabir Maştağada 38 m/s, Bakıda 33-36 m/s, Sumqayıtda 30 m/s, Ələtdə 28 m/s, Pirallahıda 29 m/s, Qum adasında 26 m/s, Çilov adasında 22-25 m/s, Neftçalada 28-33 m/s, Xaçmazda 14-18 m/s, Nabranda 20 m/s, Neft daşlarında 20-23 m/s-dək güclənib.

Dəniz stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5.8 metrə catır. Güclü külək axşam saatlarınadək davam edəcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26