Interposta.Info

Xəzərdə dalğanı hündürlüyü 3,2 metrə çatdı - FAKTİKİ HAVA (YENİLƏNİB)

Ölkə
 23-05-2020, 19:58     516

Milli Hidrometeorologiya Xidmətinin mayın 23-ü saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

ETSN-dən verilən məlumata görə, şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.

*****
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, respublika ərazisində qərb rayonlarından başlayaraq şimal-qərb küləyi güclənib.

Küləyin maksimal sürəti Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Tərtərdə 25 m/s, Xaçmaz, Ağstafada 20 m/s, Yardımlıda 16 m/s, Bakıda 20 m/s olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26