Azərbaycanda güclü külək əsir- FAKTİKİ HAVA

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "İnterPosta"ya verilən məlumata görə, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.
Külək Naftalan, Gəncədə arabir 30-34, Tərtərdə 32, Bərdədə 30, Ağdam, Daşkəsəndə 25, Ağstafa, Tovuzda 22, Çilov adasında 21, Nabran, Yevlaxda 20, Mingəçevir, Bakıda 25, Pirallahıda 23, Çilov adasında 21, Neft Daşlarında 19 m/s-dək güclənib.
Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,8 metrə çatıb.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26