Interposta.Info

Bakının məşhur restoranında atışma: yaralılar var

Ölkə
 4-04-2019, 09:49     10 312

Bakının Binəqədi rayonunda yerləşən “Çeşməli” restoranında yeyib-içən qohumlar arasında mübahisə güllələnmə ilə nəticələnib. Nəticədə, iki nəfər xəsarət alıb.

İnterPosta.info
xəbər verir ki, bu barədə Virtualaz.org-a Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov məlumat verib.

Onun sözlərinə görə, 37 yaşlı Elçin Nəbiyev əlin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Klinik Tibbi Mərkəzə çatdırılıb, ikinci zərərçəkmiş - 44 yaşlı Vəli Nəbiyev isə kəllə-beyin travması alıb.

Yaralıların həyatı üçün təhlükə yoxdur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26