Interposta.Info

"Olimpiya" stadionunun yaxınlığında avtoqəza olub, xəsarət alanlar var

Ölkə
 7-05-2019, 09:17     10 393

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Böyük Şor qəsəbəsindəki "Olimpiya" stadionunun arxasında, Ziya Bünyadov prospekti istiqamətində gedən yolda 3 avtomobil toqquşub.

Qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə barədə məlumat saat 07:41-də daxil olub:

"Xəstəxanaya çatdırılan yaralılardan birinin vəıziyyəti çox ağırdır. Yüngül xəsarət alanlar da var. Xəstəxanadan bildiriblər ki, yol avtomobilləri ilə xəstəxanaya çatdırılanlar da olub. Həmin adamlara da yardım edilib".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26