Interposta.Info

İmişlidə avtoqəza olub, ölən və xəsarət alanlar var

Ölkə
 25-06-2018, 16:10     10 478

İmişlidə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, rayon mərkəzindəki Koroğlu küçəsində “Mercedes” markalı 90 SG 519 dövlət nömrə nişanlı avtomobillə “VAZ 2107” markalı 90 BB 693 dövlət nömrə nişanlı avtomobilin toqquşması nəticəsində bir nəfər ölüb, beş nəfər isə xəsarət alıb.

Faktla bağlı İmişli rayon Polis Şöbəsində araşdırma aparılır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26