Interposta.Info

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yaydı

Ölkə
 23-12-2019, 12:08     312

Səhiyyə Nazirliyi Bakıdakı silahlı insidentlə bağlı məlumat yayıb.

Nazirlikdən "İnterPosta.info"ya verilən məlumata görə, Yasamal rayonunda baş verən silahlı insident nəticəsində xəstəxanaya 2 kişi çatdırılıb.

"Dekabrın 22-si saat 23:30-da döş qəfəsinin içəri keçməyən odlu silah yarası diaqnozu ilə 30 yaşlı, saat 00:40-da isə sağ baldırın odlu silah yarası diaqnozu ilə 32 yaşlı kişi 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Hər iki yaralıya həkimlər lazımı tibbi yardım göstəriblər, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir",- nazirlikdən bildirilib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26