Interposta.Info

Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -

Ölkə
 5-07-2018, 18:21     10 576

Mustafa Kamal Atatürkün anıtqəbir muzeyindəki 1935-ci il modeli olan “Lincoln” avtomobili yenidən bərpa edilib.
Avtomobilin bərpası 2 il 4 ay müddətinə başa çatıb. Atatürkün zirehli avtomobilinin bərpasının başa çatmasından sonra xüsusi mərasimlə anıtqəbir muzeyinə təslim edilib. Avtomobilin bərbası Antik Avtomobil Federasiyası tərəfindən həyata keçirilib.

Anıtqəbir muzeyinin rəhbəri, mayor Mehmet Teke jurnalistlərə Atatürkün avtomobili ilə bağlı açıqlama verib. O, M.K.Atatürkün muzeydə sərgilənən 3 avtomobilinin köhnəldiyini bildirərək, restovrasiyaya ehtiyac olduğunu dilə gətirib.



Onun sözlərin görə, restovrasiya işləri 2012-ci ildə başlayıb. İlk avtomobil 2015-ci ildə təhvil verilib. Mayor M.Teke son avtomobilin bərpa olunmasından xüsusi olaraq məmnun olduğunu vurğulayaraq əməyi keçən hər kəsə təşəkkür edib.

Atatürkün avtomobillərinin bərpa edilməsinə şəxsən nəzarət edən Kamal Akel (Antik Avtomobil Federasiyasının işçisi) son avtomobilin hazırlanmasına 2 il 4 ay vaxt sərf olunduğunu bildirib.

Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -

Avtomobilin çatışmayan ehtiyat hissələrinin ölkə xaricindən sifariş edildiyini bildirən Kamal Akel, bu işi görərkən böyük şərəf hissi keçirdiyini də dilə gətirib: “Bu avtomobilləri bərpa edərkən bir an belə, yorulmadım. Gördüyüm işin fərəh hissini sizlərə izah etməyim çətindir. Avtomobilin hər bir parçasını ayrıca olaraq sökdük. Lazım olan bütün ehtiyat hissələrini xaricdən təmin etdik. 4 nəfərlik bir qrupla Paşamızın avtomobilini yenidən bərpa etdik. Bu işin bizə həvalə edilməsindən çox məmnun olduq. Çox şükürlər olsun ki, avtomobili layiqincə hazırlayıb, başa çatdırdıq”.

interposta.info

Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -
Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -
Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -
Atatürkün 2 ilə təmir edilən avtomobili muzeyə qaytarılıb -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26