Interposta.Info

Atatürkün ölüm tarixini göstərən sirli canamaz -

Dünya
 22-08-2017, 07:22     10 484

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkə bağışlanan canamaz onun ölüm tarixinə dair müəyyən işarələrin olduğu üzə çıxıb.

Teleqraf.com xəbər verir ki, qurtuluş savaşında İngiltərə ordusunda xidmət edən hindistanlı dövlət məmuru 1929-cu ildə Türkiyəyə gələrək Mustafa Kamal Atatürklə görüşmək istəyib.

Mustafa Kamal İstanbuldakı Pera Palas otelində hindli qonağı qəbul edib. Hindli məmur Atatürklə onun qələbəsi, iki ölkə arasındakı münasibətlər barədə danışır. Aratürk ona qızıl saat hədiyyə edib yola salır. Hindistana gedəndən sonra məmur Atatürkə təşəkkür olaraq özəl hədiyyə hazırlayıb göndərmək barədə düşünür. Hədiyyə hazırlamaq üçün astrologiyanı yaxından bilən sənətkara müraciət edir. Sənətkar sifariş əsasında Atatürkə canamaz hazırlayır. Canamaz üzərindəki saatın sirri isə illər öncə çözülür. Məlum olur ki, saatın əqrəbləri və əteafındakı işarələr Atatürkün ölüm günü və saatı ilə üst-üstə düşür.

Canamaz üzərindəki saatın rəqəmlərinin təsadüfən Qazi Paşanın ölüm saatı ilə üst-üstə düşməsi, bunun bir sui-qəsd mesajı olması, yoxsa sənətkarın astroloji araşdırmalar əsasında bunu hazırladığı hələ də maraq doğurur.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26