Interposta.Info

Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -

Dünya
 10-10-2017, 07:37     10 340

Tarix və beynəlxalq əlaqələr üzrə türkiyəli ekspert Enes Mərd Dəmir tərəfindən qələmə alınan “Yeni sənədlər işığında Misaki Milli” adlı kitabda Suriyanın İdlib şəhərinin demoqrafiyası, tarixi, həmçinin, bu şəhərdəki türk izləri ilə bağlı yeni detallı məlumatlar əksini tapıb.

Axar.az xəbər verir ki, qələmə alınan kitabda 96 il öncə fransızların Qaziantepi işğal cəhdlərinə qarşı Ankara hökumətinin tam təchiz olunmuş qoşunlarının İdlibə göndərdiyi bildirilib.

Müəllif eyni zamanda 13 mahalı özündə birləşdirilən tarixi İdlib şəhərinin 1516-cı ildə Yavuz Sultan tərəfindən fəth edildiyini və 402 il boyunca osmanlıların tərkibində qaldığını qeyd edir.

“Misaki Milli” sərhədlərinə daxil edilən İdlibdə 1920-ci illərdə fransız işğalına qarşı böyük mübarizənin başladıldığı vurğulanır. Belə ki, rəsmi Ankara o zaman Kuvayımilli hərəkatını təşkilatlandıraraq bölgəyə yeridir.

Kitabda bildirilir ki, Qaziantepin mühafizəsi İdlibdən başlanır və sözügedən hərəkatda yer alan türk və ərəblər fransızlara ağır zərbə vurmağı bacarırlar.

İdlibdə bu gərgin mübarizə zamanı Mutafa Kamal Paşanın əmri ilə 1921-ci ilin yanvarında 10 yük silah-sursat sözügedən şəhərə göndərilir:

“Bu dönəmdə top və tüfənglə yaxşı silahlanmış türk ordu birliyi İdlibə göndərilmişdi. Ankaranın əmri ilə Adana Cəbhəsi Komandanlığından gələn bu yardımlar sayəsində 1921-ci ilin mayında Kuvayımilli fransızları qarnizonlarda mühasirəyə almağı bacarmış və nəticədə Qaziantepə əlavə düşmən qoşunlarının göndərilməsinin qarşısı alınmışdır”.

Müəlif Enes Mərd Dəmir Anadolu Agentliyinə açıqlamasında onu da əlavə edir ki, sərhəd təhlükəsizliyi Türkiyə üçün təxirəsalınmaz məsələlərdəndir. Ekspert eyni zamanda bildirir ki, Türkiyənin İdlibə həmləsi İraq Kürd Muxtariyyətinə də bir xəbərdarlıq rolunu oynaya bilər:

“İdlib Osmanlı dövlərinin əsrlərdir ki, idarə etdiyi şəhərdir və Misaki-Milli sərhədlərinə daxildir. Türkiyənin bu bölgə ilə tarixi bağları var. Dolayısıyla bu addım tarixi mirasa da uyğundur”.

interposta.info

Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -
Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -
Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -
Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -
Atatürkün ordu yeritdiyi şəhərə Ərdoğan da girir -

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26