Türk ordusu İdlibə girir? -

Türkiyə Silahlı Qüvvələrinin İdlibə girəcəyi ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil.
Axar.az xəbər verir ki, bu barədə Hatay Valiliyinin açıqlamasında deyilib.
“Bəzi ərəbdilli mətbuat orqanlarının türk ordusunun İdlib şəhərinə girəcəyi ilə bağlı yayımladığı məlumatlar doğru deyil”, - bəyanatda bildirlib.
Qeyd edək ki, bu gün yayılan məlumatlarda türk hərbçilərin İdlibdə hərbi əməliyyatlarla bağlı hazırlıqlar gördüyü bildirilmişdi.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26