Interposta.Info

İdlibdə Türkiyənin 33 hərbçisi şəhid olub - VİDEO, YENİLƏNİB 3

Dünya
 28-02-2020, 09:21     401

İdlibdə Türkiyə Silahlı Qüvvələrinin hava hücumuna məruz qalması nəticəsində 33 hərbi qulluqçu şəhid olub,

APA "Anadaolu"ya istinadən xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

"Millətimizin başı sağ olsun" deyən vali ağır yaralanan hərbçilərdən bir neçə nəfərinin dünyasını dəyişərək şəhid olduğunu vurğulayıb.

****

Xəbərin ilk yayınlanma vaxtı saat 01:05

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.

APA-nın Türkiyə bürosunun NTV televiziyasına istinadla verdiyi xəbərə görə, toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Qeyd edək ki, NTV-nin məlumatına görə, Türkiyə ordusu İdlib bölgəsində 9 şəhid verib.

***

Türk Silahlı Qüvvələrinin əsgərləri İdlibdə rejim qüvvələrinin hava hücumuna məruz qalıb.

Musavat.com xəbər verir ki, bu barədə Hatay valisi Rahmi Doğan məlumat verib. Vali hücum nəticəsində 9 türk əsgərinin şəhid olduğunu bildirib.

“Ağır yaralılarımız var. Yaralıları sərhəd qapısından Türkiyəyə keçirdik, hazırda müalicə olunurlar. Yaralılar üçün qana ehtiyac yoxdur, bütün tədbirlər alınıb. Sağlıq işçilərimiz lazimi müdaxiləni edirlər”, - Rahmi Doğan bildirib.

***

Rahmi Doğanın mətbuat nümayəndələrinə verdiyi son açıqlamaya görə, Türkiyə ordusu İdlibdə rejim qüvvələrinin təşkil etdiyi hava hücumu nəticəsində 22 şəhid verib.

***

Hatay valisi Rahmi Doğan son açıqlamasında şəhid sayının 29-a yüksəldiyini bildirib.

"Türk Silahlı Qüvvələri İdlibdə 29 şəhid verib, hazırda xəstəxanalarda 36 yaralımız var", - Rahmi Doğan qeyd edib.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26