Interposta.Info

Türk Respublikası dünya standartlarına cavab verən ilk avtomobil istehsal edib - VİDEO

Dünya
 28-12-2019, 20:06     362

"İnterPosta.info" xəbər verir ki, Türkiyənin ilk milli avtomobili bu gün nümayiş olunacaq – Artıq 30 min müştərisi var “Devrim avtomobili” ilə başlayan Türkiyənin milli avtomobili xəyalı reallığa çevrilir.

Bu gün İstanbulda təqdim olunacaq avtomobilin sükanında prezident Ərdoğan özü avtomobili Osmanqazi körpüsündə şəxsən sınaqdan keçirəcək.

Yerli avtomobilin artıq müştəriləri də var. 2035-ci ilə qədər Dövlət Vasitələri Ofisi 30 min avtmobil satın alacaq. 2022-ci ildə avtomobilin kütləvi istehsalına başlanılacaq. İldə 2142 avtomobil istehsal olunacaq.

Elektriklə işləyəcək avtomobilin qiyməti və adı hələ açıqlanmayıb. İstehsal yeri isə Bursa şəhəri olacaq. Bursada tikiləcək avtomobil fabrikinin ildə 175 min ədəd satması gözlənilir. Fabrikdə 5 növ elektrikli avtomobil istehsal olunacaq.

İnterPosta.info Türkiyənin ilk milli avtomobili olan "Devrim"in görüntülərin təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26