Interposta.Info

64 ilin avtomobili 70 min manata satışa çıxarıldı –

Ölkə
 31-03-2017, 07:21     637

Qusarda 64 yaşlı “QAZ-12” avtomobili 70 min manata satışa çıxarılıb.
interposta.info
ARB TV-yə istinadən xəbər verir ki, avtomobil sahibi Gülmət Şahbazovdan cəmi bir yaş kiçikdir.

70 min manata satılan avtomobilə ölkəmizdə nadir rast gəlinir. Sahibi onu 29 il əvvəl Qubadan üç min rubla alıb. Lakin avtomobil ötən ilə qədər istifadə olunmayıb. Nəqliyyat vasitəsi bir il ərzində sahibi tərəfindən saz vəziyyətə gətirilib.

“Atam xoşlayırdı. Ona görə atama almışdım. Atam rəhmətə gedəndən sonra dedim qoy belə qalmasın, düzəltdim”, - Gülmət Şahbazov deyib.

Avtomobil ustası olan Gülmət Şahbazov “QAZ-12”-də çox cüzi dəyişiklik edib. O, mühərrik, oturacaqlar və təkərləri dəyişdirib. Avtomobilin əksər dettaları isə elə zavoddan buraxıldığı gündən bu vaxta kimi qalmaqdadır.

İki ton yeddi yüz kiloqramm çəkiyə malik avtomobilin uzunluğu altı metrdir. “QAZ-24” mühərriyi ilə təchiz olunan nəqliyyat vasitəsi 95 at gücünə malikdir. Buraxılışının ilk illərində “QAZ-12” yüksək vəzifəli məmurların xidməti avtomobili olub.

Retro avtomobillərə rəğbət bəsləyən Gülmət Şahbazov “QAZ-12”ni satdıqdan sonra digər qədim avtomobilinə ikinci nəfəs vermək niyyətindədir. O, 1948-ci ildə buraxılan “Pobeda”sını da təmir edərək sükanı arxasına əyləşmək istəyir.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26